Almaniya klubunun Xavi ilə bağlı planı
“Leyptsiq” yarımmüdafiəçi Xavi Simonsu komandada saxlamaq istəyir.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, parislilər tam hüquqlu transferə qarşıdırlar, lakin onlar oyunçunun icarə müddətini bir mövsüm uzatmaq variantını nəzərdən keçirəcəklər. Futbolçunun hüquqları PSJ-yə məxsusdur.
20 yaşlı yarımmüdafiəçi satın alma hüququ olmadan icarə əsasında PSJ-dən “Leyptsiq”ə keçib.
O, bu mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 7 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin