“Çelsi”nin istədiyi futbolçu Bundesliqa klubunda qalmağı seçdi – Rəsmi

“Leyptsiq”in hücumçusu Benjamin Şeşko klubu ilə 2029-cu ilin yayına kimi olan yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqaviləyə 2025 və 2026-cı ilin yayında qüvvədə olacaq təzminat məbləği də daxildir.

21 yaşlı sloveniyalı futbolçu “Leyptsiq”də qalmağı və inkişafını davam etdirməyi seçib, baxmayaraq ki, futbolçunun “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” kimi top-klublardan təklifləri var idi.

Şeşko Bundesliqada debüt mövsümünü 14 qol və 2 məhsuldar ötürmə ilə başa vurub. Futbolçunun müqaviləsindəki təzminat məbləği 60-70 milyon avro civarındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button