“Leyptsiq” Olmonu “Barselona”ya satıb, onu ala bilər
“Leyptsiq” Olmonun transferi ilə bağlı “Barselona” ilə danışıqlar aparır, tezliklə müqavilə bağlana bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu Olmonu əvəzləyəcək əsas namizəd – “Lion”lu Rayan Çerki ilə bağlı artıq qərar verib. Mümkün transferin dəyəri 15-20 milyon avro qiymətləndirilir.
“Leyptsiq”lə 20 yaşlı fransalı futbolçu arasında danışıqlar gedir.
Çerki Dortmund “Borussiya”sına keçə bilərdi, lakin klub ondan imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin