“Auqsburq” darmadağına sevindi, “Borussiya” xal itirdi

Futbol üzrə Almaniya Bundesliqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək. Açılış matçında avrokubok zonasına düşməyə çalışan “Yunion” və “Köln” kollektivləri üz-üzə gəliblər. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Martda keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanan “Bayern” “Frayburq”un qonağı olub. Son illərdə Münhen təmsilçisi bu rəqiblə qarşılaşmalarda ciddi müavimətlə üzləşmirdi. Bu dəfə “Bayern” darmadağınla qalib gəlib.

Turun mərkəzi oyunu Dortmundda olub. Burada yerli “Borussiya” “Leyptsiq”i sınağa çəkib və böyük hesabla uduzub.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Auqsburq” doğma meydanda “Volfsburq”u 3 cavabsız qolla üstələyib. Mönxenqladbax “Borussiya”sı isə “Maynts”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Almaniya Bundesliqası, 28-ci tur

1 aprel

Yunion – Köln 1:0
Qol
: Avoniyi, 49.

2 aprel

Ayntraxt – Qroyter 0:0

Arminiya – Ştutqart 1:1
Qol
: Kruger, 59 – Kaladziç, 25-pen.

Bayer – Herta 2:1
Qol
: Alario, 35. Bellarabi, 40 – Darida, 42.

Frayburq – Bayern 1:4
Qol
: Petersen, 63 – Qoretska, 58. Qnabri, 73. Koman, 82. Zabitser, 90+6.

Hoffenhaym – Bohum 1:2
Qol
: Raum, 54 – Asano, 28; 59.

Borussiya D – Leyptsiq 1:4
Qol
: Malen, 84 – Laymer, 21; 30. Nkunku, 58. Olmo, 86.

3 aprel

Auqsburq – Volfsburq 3:0
Qol
: Yaqo, 1. Nyederlexner, 63. Pedersen, 69.

Borussiya M – Maynts 1:1
Qol
: Embolo, 33 – Onisivo, 73.

Bombardir: Robert Levandovski (Bayern) – 31 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button