
“Leyptsiq” Belçika millisinin üzvünü transfer etdi
“Leyptsiq” Niderland təmsilçisi PSV-nin və Belçika millisinin futbolçusu Yohan Bakayoko ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
“Transfermarkt” belçikalı hücumçunun 18 milyon avroya başa gəldiyini bildirib. O, 2024/2025 mövsümündə meydana çıxdığı 46 matçda 12 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin