
Bundesliqa: 21-ci əsrdə bunu bacaran olmamışdı
“Leyptsiq” Almaniya Bundesliqasının 27-ci turunda “Maynts”ı məğlub edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:0 hesabıyla bitən görüşdə het-trik edən Timo Verner yeni rekorda imza atıb. Belə ki, Verner, 21-ci əsrdə Bundesliqada bir mövsümdə eyni komandaya qarşı iki oyunda da het-trik edən ilk futbolçu olub.
24 yaşlı hücumçu, Bundesliqada mövsümün ilk dövrəsində də “Maynts”ı 8:0 hesabıyla məğlub etdikləri oyunda 3 qol vurmağı bacarmışdı.
Bundesliqada sonuncu dəfə bunu 1998/99 mövsümündə “Bayer”in futbolçusu Ulf Kristen bacarmışdı. Keçmiş hücumçu, Münhenqladbax “Borussiya”sı ilə bir mövsümdəki iki oyunda da het-trik etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin