Xavini buraxmaq istəmirlər
“Leyptsiq” yarımmüdafiəçi Xavi Simonsun icarəsi bitdikdən sonra onu komandada saxlamaq niyyətindədir.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, klubun idman direktoru Maks Eberl niderlandlı futbolçu ilə müqaviləni uzatmaq haqda danışıb:
“Əlbəttə, biz onun müqaviləsini ən əlverişli şəkildə uzatmaq niyyətindəyik. Xavi çox yaxşı başladı və indi yaxşı mövsüm keçirir. Düşünürəm ki, hazırda biz onu emosional olaraq “Leyptsiq”ə bağlamışıq”.
20 yaşlı yarımmüdafiəçi satın alma hüququ olmadan icarə əsasında PSJ-dən “Leyptsiq”ə keçib. O, bu mövsüm Almaniya klubunun heyətində bütün turnirlərdə 7 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin