“Leyptsiq” “Bayern”i darmadağın edib, superkuboka sahib çıxdı
“Bayern” ilə “Leyptsiq” arasında Almaniya superkuboku uğrunda matç keçirilib.
Komanda.az xəbər verir ki, “Alyans Arena”da baş tutan oyun “Leyptsiq”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 3-cü dəqiqədə Dani Olmo açıb. O, 44 və 68-ci dəqiqələrdə vurduğu qollarla het-trik edib və komandasına titul qazandırıb.
“Leyptsiq” tarixində ilk dəfə Almaniya superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin