Almaniya klubu baş məşqçisini istefaya göndərib

“Leyptsiq”in baş məşqçisi Marko Rouz tutduğu vəzifədən uzaqlaşdırılıb.

Komanda.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla birlikdə köməkçiləri də komandanı tərk edib.

48 yaşlı məşqçi 2022-ci ilin payızından Almaniya komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında komanda ölkə kubokunu və superkuboku qazanıb.

“Leyptsiq” Almaniya çempionatının 27 turundan sonra 42 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Komanda Bundesliqanın növbəti oyununda “Hoffenhaym”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button