“Lex”in baş məşqçisi hakimləri hədəf aldı
“Öncə “Qarabağ”ı qələbə münasibətilə təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayıram”.
Komanda.az xəbər verir ki, bu sözləri Polşa “Lex”inin baş məşqçisi Con van den Brom Bakıda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunundan sonrakı mətbuat konfransında deyib.
O, bildirib ki, mərhələni onun başçılıq etdiyi komanda da adlaya bilərdi:
“Qalibiyyət üçün əsasımız da var idi. Amma oyun uğursuz alındı. Çox səhvə yol verdik. Təəssüf ki, hakim səhvləri də oldu. Yan xətt hakimləri azı üç epizodda oyundankənar vəziyyət qeydə almalı idi. Amma bu, bəhanə olmamalıdır. “Qarabağ” bu gün əla oynadı və bizi keyfiyyət baxımından üstələdi”.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin