“Lex”in Bakıya səfər proqramı açıqlandı
Polşa çempionu “Lex”in “Qarabağ”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər proqramı bəlli olub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Poznan təmsilçisi iyulun 11-də səhər saatlarında çarter reysi ilə Azərbaycana yollanacaq.
Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda “Lex”in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.
İyulun 12-də keçiriləcək “Qarabağ” – “Lex” oyununa saat 20:00-da start veriləcək. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub – 0:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin