“Lex” ”Qarabağ”la oyuna 33 futbolçu ilə hazırlaşır

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Polşa “Lex”i təlim-məşq toplanışını davam etdirir.

Komanda.az ”Lex”in rəsmi saytına istinadən xəbər verir ki, komanda hazırlıq prosesinin 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.

Təlimlərdə 33 futbolçu iştirak edir. Onlardan 4-ü qapıçı, 10-u müdafiəçi, 15-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko;
Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka;
Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde;
Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak

“Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button