
“Levski”də “Sabah”la oyundan əvvəl ağır itki
Bolqarıstanın “Levski” klubu Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun Sofiyada “Sabah”a qarşı ilk oyuna itki ilə çıxacaq.
Komanda.az “Tema Sport”-a istinadən xəbər verir ki, “Braqa” ilə matçda zədələnən yarımmüdafiəçi Georgi Kostadinov böyük ehtimalla bu oyunda olmayacaq.
Tibbi heyət komanda üçün vacib oyunçunu hazırlamaq üçün əlindən gələni etsə də, bunun mümkün olmayacağı, risk etmək ehtimalı çox azdır.
“Levski” – “Sabah” matçı avqustun 7-də Georgi Asparuhov adına stadionda keçiriləcək və oyuna saat 22:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin