Levandovskiyə əvəzləyici tapıblar

“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Barselona” 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Zaha Premyer Liqa təmsilçisi ilə müqaviləni yeniləməsə, gələn ilin yayında azad agent statusu qazanacaq.

“Barselona” Fil Dişi Sahilindən olan hücumçunu Robert Levandovskinin əvəzləyicisi kimi görür.

Öncədən İngiltərə mətbuatı Zahanın “Kristal Pelas”la müqaviləni yeniləmək istəmədiyini yazıb.

O, bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button