Levandovskinin yerinə iki namizəd var

“Barselona” hücumçusu Robert Levandovskinin yerinə yeni futbolçu almaq üçün çalışır.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyinə iki forvardın namizədliyi təklif olunub.

Söhbət nigeriyalı Viktor Osimhen və serb hücumçu Duşan Vlahoviçdən gedir. Birincinin hüquqları “Napoli”, ikincininki isə “Yuventus”a məxsusdur.

Turinlilər Vlahoviçi sərfəli qiymətə satmağa hazırdır. Serb forvard artıq komandanın əsas oyunçusu deyil və onun müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Osimhenə gəlincə, o, “Napoli”də 75 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button