
“Levandovski “Barselona”da oynamaq üçün ən böyük fədakarlıqları etdi”
“Barselona”nın keçmiş idman direktoru Jordi Kroyff klubun hücumçusu Robert Levandovskinin transferini xatırladıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Levandovskinin transferi bizim üçün ən çətinlərdən biri idi. Amma eyni zamanda, heç kimə bənzəmədən kluba qoşulmaq istəyən Levandovski idi. O, “Barselona”da oynamaq üçün ən böyük fədakarlıqları etdi”.
Kataloniya klubu “Bayern”lə uzun və çətin danışıqlardan sonra 2022-ci ilin iyulunda polşalı futbolçunun transferini açıqlayıb. Müqavilənin dəyəri 45 milyon avro təşkil edib. 36 yaşlı forvard “Barselona”nın heyətində bütün yarışlarda 147 matç keçirib, 101 qol vurub və 20 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



