
“Barselona” 100 milyon avroluq hücumçu alacaq?
“Atletiko”nun hücumçusu Xulian Alvares “Barselona”nın transfer hədəflərindən biri kimi göstərilir.
Argentinalı forvardın Robert Levandovskinin mümkün varisi ola biləcəyi vurğulanır. Polşalı hücumçunun bu mövsüm Kataloniya klubundakı son ili ola biləcəyi iddia olunur.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Alvares özü də gələn yay “Barselona”ya keçmək variantına müsbət yanaşır.
Kataloniyalıların işini çətinləşdirən əsas məqam 25 yaşlı futbolçunun yüksək qiymətidir. “Transfermarkt” onu 100 milyon avro dəyərində qiymətləndirir.
Alvaresin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



