“Levandovskinin istirahətə ehtiyacı var”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının “Malyorka” ilə oyununda (5:1) hücumçu Robert Levandovskini ehtiyatda saxlamaq qərarına münasibət bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Levandovskinin indi istirahətə ehtiyacı olduğunu söyləyib:

“Bizim planımız Levandovskinin ehtiyatda qalması idi. Məndə onun oyundan kənarda qalmasının lazım olduğu hissi və intuisiya oldu. Onun indi istirahətə ehtiyacı var, çünki o, çox oynayırdı”.

36 yaşlı polşalı forvard cari mövsümdə 20 oyun keçirib, 22 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button