
Levandovskinin arzusu
“Barselona”nın hücumçusu Robert Levandovski şəxsi məqsədini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı forvardın hədəflərindən biri “Barselona”nın heyətində 100 qol vurmaqdır:
“Barselona”nın heyətində 100 qol vurmaq hədəflərimdən biridir. Bu, arzumdur. Bir hücumçu kimi mənim üçün ən vacib şey özünə inamdır. Rəqibin cərimə meydançasında və ya yaxınlığında olanda, top mənə çatarsa, necə qol vuracağımı düşünürəm”.
Dünən keçirilən La Liqa matçında “Jirona”nı 4:1 hesabı ilə darmadağın edən Hans-Diter Flikin komandasına 36 yaşlı futbolçunun dublu kömək edib. Onun indi “Barsa”da 97 qolu var ki, onlardan 38-i cari mövsümdə vurulub.
36 yaşlı futbolçu 25 qolla La Liqanın bombardirlər yarışına başçılıq edir. O, “Real”ın fransalı hücumçusu Kilian Mbappeni (22) qabaqlayır.
Bizi Facebook-da izləyin



