“Levandovskini ilk məşqdə görməyi səbirsizliklə gözləyirik”
“Bayern”in baş direktoru Oliver Kan polşalı hücumçu Robert Levandovskinin gələcəyi barədə danışıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, Levandovskini “Bayern”də görmək istədiklərini deyib:
“Heç nə dəyişməyib, “Bayern” Levandovskini ilk məşqdə görməyi səbirsizliklə gözləyir. Robert haqqında suala artıq cavab vermişəm. Biz həmişə Çempionlar Liqasını qazanmaq istədiyimizi deyirik, lakin bu sözlər və hərəkətlər üçün əlimizdən gələni etməliyik”.
Kan, “Barselona”nın Levandovski üçün təklifi ilə bağlı sualı da cavablandırıb:
“Biz bu barədə ümumiyyətlə düşünmürük. Bizim məsuliyyətimiz “Bayern”in mümkün qədər uğurlu olması üçün hər şeyi etməkdir. Robert klub üçün nə qədər vacib olduğunu keçmişdə göstərdi. Ümid edirəm ki, o, gələcəkdə də öz töhfəsini verəcək. Levandovskinin müqaviləsi 2023-cü ilə qədər qüvvədədir və biz başqa variantları nəzərdən keçirmirik”.
Levandovski ötən mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub.
33 yaşlı futbolçu bu yay “Barselona”ya keçmək istəyir.
Bizi Facebook-da izləyin