Levandovskidən yeni rekord
Almaniya Bundesliqasının 11-ci turunda “Bavariya”nın “Borussiya”nı (Dortmund) 4:0 hesabıyla məğlub etdiyi oyun Robert Levandovski üçün əlamətdar olub.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Levandovski yeni rekord müəyyənləşdirib. Oyunda iki qolla yadda qalan polşalı hücumçu, Bundesliqada ardıcıl 11 oyunda qol vuran ilk futbolçu olub. Bundan əvvəl “Köln”ün keçmiş futbolçusu Klaus Allofs və “Borussiya”nın keçmiş forvardı Pyer-Emerik Obameyanq ardıcıl 10 oyunda qol vurmağı bacarmışdı.
Sözügedən futbolçuların qol seriyası iki mövsüm ərzində baş versə də, Levandovski bir mövsümdə ardıcıl 11 oyunda qol vurmağı bacararaq, rekord müəllifi olub.
Cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla, 18 oyunda iştirak edən 31 yaşlı futbolçu, 23 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin