
Levandovski üçün PSJ və “Real” etirafı

Robert Levandovskinin keçmiş meneceri Cesari Kuçarski, futbolçunun transferi və gələcəyi haqqında açıqlama verib.
Komanda.az xəbər verir ki, Kuçarski, Fransa mətbuatına verdiyi açıqlamada, polşalı futbolçunun “Real”a transfer olmaq istədiyini deyib:
“Levandovskiyə əvvəlki illərdə bir çox təklif gəldi. Robert və həyat yoldaşı Fransaya, yəni PSJ-yə, ya da İngiltərəyə getmək istəmədi. Onun üçün bir ehtimal vardı, o da “Real”.
“Real” mövsümün əvvəlində 30 yaşlı hücumçunu transfer etməyə çalışsa da, “Bavariya” gələn təklifləri qəbul etməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin