
Levandovski komanda yoldaşını təriflədi
“Barselona”nın hücumçusu Robert Levandovski komanda yoldaşı Ferran Torresin son mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı hücumçu haqda bunu söyləyib:
“Düşünürəm ki, Ferran Torres bu mövsüm çox yaxşı oynadı. Onun çox yaxşı etdiyi işlər var. Onun indi 25 yaşı var. O, bu mövsümə qədər heç vaxt mərkəz hücumçusu kimi oynamayıb, bu, onun üçün ilk dəfə idi. Və təbii ki, o, komandaya kömək edə biləcək oyunçudur”.
Torres son mövsümdə bütün turnirlərdə 45 matçda meydana çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



