Levandovski rekorda şərik oldu
Futbol üzrə Polşa yığma komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İsraillə ev oyunundan 4:0 hesablı qələbə ilə ayrılıb.
Komanda.az xəbər verir ki, bu qarşılaşma meydan sahiblərinin təcrübəli hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
31 yaşlı forvard Polşa yığması ilə 106-cı oyununa çıxıb. Bununla da o, Yakub Blaşikovskiyə məxsus rekordu təkrarlayıb. Hazırda onlar Polşa millisində ən çox oyun keçirmiş futbolçulardı. Amma Levandovskinin yaxın gələcəkdə yığma komandanın mütləq rekordçusuna çevrilmək şansı daha çoxdu.
Qeyd edək ki, Blaşikovski 106 oyunda rəqib qapılarından 21 top keçirib. Levandovski isə İsraillə matçın 56-cı dəqiqəsində penaltidən fərqlənməklə Polşa yığmasında vurduğu qolların sayını 57-yə çatdırıb.
Bizi Facebook-da izləyin