
Levandovskinin məqsədi
“Barselona”nın hücumçusu Robert Levandovski yenidən komandanın start heyətində yer almağı qarşısına məqsəd qoyub.
Komanda.az “Catalunya Radio”-ya istinadən xəbər verir ki, 37 yaşlı forvard mövsümün əvvəlində aldığı zədədən sonra əsas heyətdə yerini Ferran Torresə uduzub. Buna baxmayaraq, Levandovski yaxın zamanda yenidən start heyətinə dönəcəyinə inanır. Polşalı futbolçu mövcud vəziyyəti anlayır və bu hal onu daha çox məşq etməyə motivasiya edir.
Cari mövsümdə Levandovskinin hesabında bütün turnirlərdə 8 oyunda 4 qol var. Onun komandası oktyabrın 5-də, La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



