Levandovski Polşanın AÇ-dəki ilk oyununu buraxacaq
Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyada keçiriləcək Avropa çempionatında komandasının ilk oyununu buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə yığmanın həkimi Yatsek Yaroşevski məlumat verib.
O, təcrübəli hücumçunun iyunun 10-da Türkiyə ilə yoldaşlıq matçında (2:1) zədələndiyi üçün iyunun 16-da Niderlandla qarşılaşmada meydana çıxmayacağını söyləyib.
Həkim forvardın bud əzələsində problem aşkarlandığını diqqətə çatdırıb və növbəti iki görüşdə meydana çıxması üçün əllərindən gələni edəcəklərini söyləyib.
Polşa millisi iyunun 21-də Avstriya, 25-də isə Fransa ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin