Levandovskini milliyə qaytardılar

Polşa millisinin məşqçilər heyəti sentyabrdakı təlim-məşq toplanışına çağırılan futbolçuların siyahısını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu siyahıda “Barselona”nın hücumçusu Robert Levandovski də var. Yığmanın baş məşqçisi Yan Urban futbolçunu komandada görmək arzusunda olduğunu bildirib.

Daha əvvəl Levandovski millinin sabiq baş məşqçisi Mixal Probyerjlə münaqişə yaşayıb. İyuldan komandaya Urban rəhbərlik etməyə başlayıb.

Polşa millisi sentyabrda DÇ-2026-nın seçmə mərhələsində Niderland (4 sentyabr) və Finlandiya (7 sentyabr) yığmaları ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button