Levandovski: “Risk etsəydim, daha pis ola bilərdi”

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski Şotlandiya yığması ilə son oyunda əvəzlənməsi haqda danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı futbolçu oyun zamanı diskomfort hiss etdiyini bildirib:

“Oyun zamanı diskomfort hiss etdim, sonra ağrılar yarandı. Əvəz olunmağımı xahiş etdim. Risk etsəydim, daha pis ola bilərdi”.

Millətlər Liqasının ilk turunun oyunu Polşanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Levandovski komandasının start heyətinə daxil olaraq, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 72-ci dəqiqədə əvəzlənib.  

Polşa millisi sentyabrın 8-də səfərdə Xorvatiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button