Levandovski: “Hələ son sözümü deməmişəm”

Bu il 37 yaşını tamamlayacaq “Barselona”nın hücumçusu Robert Levandovski yaşı barədə danışıb.

Komanda.az “Polsat Sport”-a istinadən xəbər verir ki, polşalı futbolçu hələ son sözünü demədiyini bildirib:

“Mən hələ son sözümü deməmişəm. Tezliklə 37 yaşım olacaq, bundan utanmıram. Bu, sadəcə bir rəqəmdir. Hələ bir neçə il əvvəl olduğu kimi, meydana çıxıb uğur qazana bilərəm. Davam etmək üçün böyük istəyim var. Mən mübarizəni davam etdirmək və kuboklar qazanmaq istəyirəm”.

Levandovski İspaniya çempionatının cari mövsümündə 20 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button