“Müller məni hücum tərəfdaşı kimi valeh etdi” – Levandovski
“Barselona”nın hücumçusu Robert Levandovski keçmiş komanda yoldaşı, “Bayern”in futbolçusu Tomas Mülleri rekorduna görə təbrik edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, Müllerin çoxfunksiyalı ideal oyunçu olduğunu bildirib:
“Tomas məni hücum tərəfdaşı kimi valeh etdi. O, çoxfunksiyalı ideal oyunçudur. Ümid edirəm ki, onun zəkası karyerasını başa vurduqdan sonra həyatını “Bayern”lə əlaqələndirməsi üçün təməl olacaq”.
Almaniyalı forvard dünən komandanın heyətində 710-cu oyununu keçirib. Bu, “Bayern”in tarixində bütün digər oyunçulardan çoxdur.
34 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin