
Levandovski öz qolu haqda: “Bu, oyunu tamamilə dəyişdi”
“Barselona”nın hücumçusu Robert Levandovski vurduğu qolun komandasını “Atletiko” ilə matçda (4:2) geri dönüş etməyə necə ruhlandırdığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu vurduğu qolun oyunu tamamilə dəyişdiyini bildirib:
“Atletiko”nun ikinci qolundan cəmi bir və ya iki dəqiqə sonra fərqləndim. Bu, oyunu tamamilə dəyişdi. Çətin anlar yaşadıq, amma bir qol vurduqdan sonra bir-birimizə dedik: “Şansımız var, ikincini vurub, daha sonra qalib gəlməliyik”.
Kataloniya komandası ilk qolunu 72-ci dəqiqədə vuraraq hesabı 2:1-ə çatdırıb. Geri dönüşə Levandovski başlayıb. Altı dəqiqə sonra Ferran Torres hesabı bərabərləşdirib, 92-ci dəqiqədə isə Lamin Yamal üçüncü qolu vuraraq “Barsa”nı hesabda önə keçirib. Matçın əsas vaxtına əlavə edilmiş 8-ci dəqiqədə Torres daha bir dəfə fərqlənərək, dublunu rəsmiləşdirib və oyunun yekun nəticəsini müəyyən edib.
“Barselona” hazırda 60 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Bizi Facebook-da izləyin


