Levandovski komada yoldaşlarını qınadı
“Barselona”nın hücumçusu Robert Levandovski Rusiyadan olan azarkeşlərə təşəkkür edən komanda yoldaşları Aleks Balde və Serxi Robertonu qınayıb.
Komanda.az “sport interia.pl”-ə istinadən xəbər verir ki, polşalı futbolçu, komanda yoldaşlarının hərəkətinə təəccübləndiyini deyib:
“Yumşaq desəm, çox təəccübləndim. Bu vəziyyəti klubdan soruşdum və bilirəm ki, bu, rəsmi mövqe deyil, La Liqa oyunlarını yayımlamaq hüququna malik media nümayəndələri ilə görüş zamanı verilən açıqlamadır.
Belə vəziyyətlərdə çox vaxt kiminlə danışdığınızı belə, bilmirsiz. Əlbəttə ki, bu, bəhanə deyil. Bildiyimə görə, klub bu vəziyyətə cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir”.
Bundan əvvəl Ukraynanın “Dinamo” (Kiyev) klubu da Balde İlə Robertonun rus azarkeşlərlə bağlı açıqlamalarına cavab olaraq, ironiya ilə hər iki futbolçuya Rusiya Premyer Liqasında oynamağı tövsiyə etmişdi.
FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını himayəsində olan bütün yarışlardan uzaqlaşdırıb.
Bizi Facebook-da izləyin