Levandovski “İnter”lə oyunlardan danışdı

“Barselona”nın hücumçusu Robert Levandovski komandasının UEFA Çempionlar Liqasının yarımfinalında mübarizədən kənarda qalmasından danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı forvard komandanın “İnter”lə ilk oyunda öz potensialını tam göstərə bilmədiyini söyləyib:

“Həlledici an məhz ilk qarşılaşma idi. Komanda həmin oyunda öz potensialını tam göstərə bilmədi. İlk oyunda qalib gəlsəydik, düşünürəm ki, indi Münhendə olardıq. İkinci matçda tez iki qol buraxdıq, sonra toparlanıb üçünü vurduq, amma bu kifayət etmədi. Komanda olaraq daha yaxşı görünsək də, nəsə çatmadı”.

“Barselona” iki oyunun nəticəsinə görə “İnter”ə 6:7 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button