İngilis dilini öyrənin, qazlı içkilərdən uzaq durun – Levandovskidən məsləhət

“Barselona”nın hücumçusu Robert Levandovski nəinki komandanın əsas bombardiridir, həm də, gənc futbolçuların köməkçisinə çevrilib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. 34 yaşlı polşalı hücumçu tez-tez Pedri, Qavi və Aleks Baldeyə məsləhətlərini verir.

Levandovski futbolla bağlı məsləhətlərdən əlavə, gənc oyunçulara ingilis dilini fəal şəkildə öyrənməyi tövsiyə edib ki, bu da təkcə meydanda ünsiyyət üçün deyil, həm də qala-tədbirlərdə iştirak üçün zəruridir. Polşalı forvard deyir ki, onlar düzgün pəhriz saxlamalı və qazlı içkilərdən uzaq durmalıdırlar. “Futbolçunun futbolda uzunömürlü olmasının sirlərindən biri də budur” – Levandovski deyir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button