
Levandovski: “Bizim nəsil futbola küçələrdən gəlib”
“Barselona”nın hücumçusu Robert Levandovski futboldakı dəyişikliklərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda küçə futbolundan gələn oyunçu olmağın çətin olduğunu söyləyib:
“Futbol daim dəyişir və gənc oyunçuların futbol oynamağı, öyrənmə tərzi də dəyişir. Bizim nəsil futbola küçələrdən gəlib. İndi bu, demək olar ki, qeyri-mümkündür”.
36 yaşlı hücumçu 2024/2025 mövsümündə 4 oyunda 4 qol vurub.
“Barselona” hazırda İspaniya çempionatının vahid lideridir. Kataloniyalılar turnir cədvəlində ikinci olan “Real”ı 4 xal qabaqlayırlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin