
Levandovski daha 1 il “Barselona”da qalacaq
“Barselona”nın polşalı hücumçusu Robert Levandovski daha bir il Kataloniya klubunda qalacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun müqaviləsi “Rayo Valyekano” ilə matçda meydana çıxdığı təqdirdə, avtomatik olaraq 2026-cı ilin yayına qədər uzadılmalı idi.
Komandalar arasında oyun dünən baş tutub. “Barselona” rəqibini 1:0 hesabı ilə məğlub edib. Levandovski 81 dəqiqə oynayıb və penaltidən qələbə qolunu vurub.
Levandovski bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib, 32 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin