
Levandovski şikayətləndi
“Barselona”nın hücumçusu Robert Levandovski gərgin matç qrafikindən danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, polşalı futbolçu üç gündən bir oynadıqlarını bildirib:
“Üç gündən bir oynayırıq. Həyatımda heç vaxt cəmi iki tam günlük fasilə ilə ardıcıl beş oyun oynamaq məcburiyyətində qalmamışam”.
Hans-Diter Flikin komandası son üç həftə ərzində bütün yarışlarda 7 oyun keçirib. “Barsa” beynəlxalq fasilədən əvvəlki son görüşdə Levandovskinin het-triki (3:0) sayəsində səfərdə “Alaves”i darmadağın edib.
Levandovski cari La Liqada 10 qol vurub. 36 yaşlı forvard İspaniya çempionatında bombardirlər siyahısına başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin