Levandovski Çempionlar Liqasının tarixinə düşdü

“Barselona”nın hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının tarixinə düşüb.

Komanda.az xəbər verir ki, polşalı hücumçu 1955-ci ildən keçirilən yarışda üç müxtəlif komandada het-trik edən ilk və yeganə oyunçudur.

O, “Barselona”nın “Viktoriya” ilə matçında (5:1) üç qol vurub. Levandovski buna kimi Dortmund “Borussiya”sında 1, “Bayern”də 4 dəfə eyni oyunda 3 və ya daha çox qol vurmağa nail olub. 

Çempionlar Liqası tarixində bunu bacaran olmasa da, ümumiyyətlə, avrokuboklarda iki belə futbolçu olub. Ruud Hels “Feyenoord”, “Ayaks” və PSV, Samuel Etoo “Malyorka”, “Barselona” və “İnter”də fərqlənib.

Ümumilikdə Levandovski 6-cı dəfə Çempionlar Liqasında het-trik edib. Yalnız Lionel Messi və Kriştiano Ronaldo daha çox – hərəyə 8 dəfə fərqlənib.

Polşalı forvard karyerasında 31-ci dəfə bir qarşılaşmada azı 3 qola sevinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button