“Levandovski bu nəslin ən yaxşılarından biridir” – Keyn

“Bayern”in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının 3-cü turu öncəsi “Barselona”nın forvardı Robert Levandovski haqqında fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu matçın xüsusi oyun olacağını düşünür:

“Levandovski əla qollar vuran oyunçudur, bu nəslin ən yaxşılarından biridir. Bu, xüsusi qarşıdurma olacaq. “Barselona”dan topa çoxlu sahib olmağını və pressinq etməyə çalışmağını gözləyirik. Biz bu çətin “döyüş”ü qəbul edirik”.

“Barselona” – “Bayern” matçı oktyabrın 23-də İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button