Levandovski “Barselona”nın şərtlərinə razıdır

“Bayern”in hücumçusu Robert Levandovski “Barselona”ya keçmək istəyir.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı polşalı futbolçunun meneceri Pini Zahavi onun Münhen klubundan getməsində israr edəcək.

“Barselona” hələlik “Bayern”lə əlaqə saxlamayıb. Levandovski özü “Barselona”nın 2025-ci ilə qədər müqavilə bağlamaq təklifini qəbul etməyə hazırdır.

Levandovski cari mövsümdə “Bayern”in heyətində 46 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.