“Barselona” Levandovskini əvəzləyəcək hücumçunu müəyyənləşdirib

Robert Levandovski ardıcıl qollar vurur, lakin onun yüksək maaşı “Barselona” üçün problem olaraq qalır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, polşalı hücumçu 2024/25 mövsümünün sonunda Kataloniya klubunu tərk edə bilər.

Levandovski Səudiyyə Ərəbistanı çempionatına keçə və orada daha yüksək maaş ala bilər – mövsümə təxminən 50 milyon avro. 36 yaşında belə bir müqavilə imzalamaq onun üçün böyük uğur olardı.

“Barselona”da Levandovskini əvəzləməyə prioritet namizədin “İnter”dən Lautaro Martines olduğu qeyd edilir. Kataloniya klubunun prezidenti Xuan Laporta argentinalı forvardı çox bəyənir. Milan klubunun da maddi sıxıntısı olduğu üçün Martinesin transferi istisna deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button