Levandovski “Barselona”da tibbi müayinədən keçdi

Polşalı hücumçu Robert Levandovski “Barselona”da tibbi müayinədən keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinə bu gün baş tutub.

İyulun 16-da “Barselona” Levandovskini transfer etmək üçün “Bayern” lə razılaşdığını elan edib. Hücumçu kataloniyalılarla 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Levandovski “Bayern”də keçirdiyi 8 mövsümdə – 375 oyunda 344 qol vurub və 72 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button