
Levandovski yeni müqavilə üçün jest etməyə razıdır
Robert Levandovski “Barselona” ilə yeni müqavilə bağlamaq niyyətindədir.
Komanda.az “Diario Sport-a istinadən xəbər verir ki, yeni müqavilə üçün polşalı futbolçu maaşının azaldılmasına hazırdır.
Tərəflər arasındakı hazırkı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədərdir.
36 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 12 matçda iştirak edib, 14 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin