Levandovski “Barselona” azarkeşlərinə səsləndi

“Barselona”nın hücumçusu Robert Levandovski “Gamper Cup”da (yoldaşlıq turniri) “Puma”nı məğlub etdikdən (6:0) sonra komandanın azarkeşlərinə mesaj göndərib.

Komanda.az xəbər verir ki, Levandovski “Barselona”nın sosial şəbəkəsində yayımlanan videoda azarkeşlərə hər şeyin ən yaxşısını arzulayıb:

“Ey azarkeşlər, necəsiz? “Kamp Nou”da ilk qələbəni qazandığım üçün çox şadam. Şadam ki, ilk kuboku qazana bildim. Sizə kubokların ən yaxşısını arzulayıram. Təşəkkürlər!”

33 yaşlı polşalı forvard bu ilin iyulunda “Bayern”dən “Barselona”ya keçərək, 4 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button