Levandovski 1:4 hesablı məğlubiyyətdən danışdı

“Barselona”nın hücumçusu Robert Levandovski İspaniya La Liqasının 8-ci turunda “Sevilya”ya 1:4 hesabı ilə məğlub olduqları matçdan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, polşalı forvard “Meczyki” nəşrinə açıqlamasında komandanın uğursuz çıxışı haqda belə deyib:

“Bu, futboldur, bəzən belə oyunlar olur. Hər şey həmişə istədiyin kimi getmir. Mən penalti zərbəsini dəqiq yerinə yetirə bilmədim, amma bu da oyunun bir hissəsidir. Belə anlarda daha güclü olmalısan. İndi bizə lazım olan əsas şey bərpa olmaq və növbəti oyunlarda səhvləri düzəltməkdir”.

“Barselona” 8 turdan sonra 19 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 2 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button