Levandovski: “100 faiz hazıram”

“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski zədəsini sağaltdıqdan sonra meydana qayıtmağa niyə tələsmədiyini açıqlayıb.

Komanda.az kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı forvard gücünü bütün mövsüm üçün düzgün bölüşdürmək istədiyini bildirib:

“Mövsüm çox uzundur, ona bütöv şəkildə baxmaq lazımdır. Əsas yük sentyabrdan başlayır. Amma hazırda 100 faiz oynamağa hazıram”.

Polşalı hücumçu zədədən sonra millinin heyətinə də geri dönüb. O, əvvəlki baş məşqçi ilə yaşanan münaqişə səbəbindən komandadan uzaqlaşmışdı.

Levandovskinin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir. O, cari mövsümdə (2025/26) 2 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button