Levandovski ərəblərin sərfəli təklifini rədd edib

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından gələn çox sərfəli təklifdən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Levandovskinin “Barselona” ilə müqaviləsinin bitməsinə daha bir il var. Belə ki, polşalı futbolçu sözləşməsinin sonuna qədər komandada qalmaq niyyətindədir. Eyni zamanda, “Barsa” rəhbərliyi də onun yayda komandanı tərk etməsini istəmir.

Levandovski İspaniya çempionatının cari mövsümündə 16 qol vurub, 8 məhsuldar ötürmə edib. Polşalı forvardı La Liqanın bombardiri Artem Dovbikdən 3 qol ayırır.

Robert Levandovski 2022-ci ilin yayından Kataloniya klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button