
Levandovski əsas komandanın məşqinə qayıdıb
“Barselona”nın polşalı hücumçusu Robert Levandovski əsas qrupla məşq edir.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Mənbənin məlumatına görə, 36 yaşlı forvard “Barselona”nın “Osasuna” ilə oyun üçün heyətinə daxil edilmədikdən sonra komandanın digər futbolçuları ilə birgə məşq edir.
Levandovski bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Barsa” martın 11-də “Benfika”nı qəbul edəcək. Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu saat 21:45-də başlayacaq. İlk oyun İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


