Levandovski ən yaxşılar siyahısına düşə bilmədi

Polşada 2023-cü ilin ən yaxşı idmançılarının adı açıqlanıb.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, ən yaxşılar arasında Polşa millisinin hücumçusu, hazırda “Barselona”da çıxış edən Robert Levandovskinin adı yoxdur.

Bu, son 10 ildə ilk dəfə qeydə alınıb. 2020 və 2021-ci illərdə Levandovski siyahıda 1-ci, 2022-ci ildə isə 3-cü yeri tutmuşdu.

35 yaşlı futbolçu 2022-ci ilin yayında 45 milyon avroya “Bayern”dən “Barselona”ya keçib. O, ötən mövsüm  “Barselona”nın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 33 qol vurub və 8 məhsuldar ötürmə verib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button