Keçmiş klubuna qayıtmaq istəyir
İngiltərəli yarımmüdafiəçi Denni Drinkuoterin yenidən “Lester”ə qayıtmaq ehtimalı var.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, “tülkülər”dən ayrıldıqdan sonra (2012-2017) qoşulduğu “Çelsi” klubuna (2017-2022) Lester təmsilçisinə dönmək istədiyini bildirib.
Drinkuoter karyerası ərzində “Bernli” (2019-2020), “Aston Villa” (2020) və “Kasımpaşa” (2021) kimi klublarda icarə əsasında forma geyinib.
O, sonuncu iş yerində – “Ridinq”də də (2021-2022) icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin